Menyu

Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir

Operativ Media
Tramp: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahı hazırlamasının qarşısının alınması qlobal iqtisadi böhran riskindən daha vacib məsələdir.

Operativ Media xəbər verir ki, ABŞ lideri bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“İqtisadi depressiya, əlbəttə ki, çox pisdir. Lakin nüvə silahları daha təhlükəlidir. İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün atdığımız addımlar əksinə, daha təhlükəsiz gələcəyə xidmət edir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, Tehran öhdəliklərinə əməl etmədiyi təqdirdə, Vaşinqton bütün zəruri tədbirləri görməyə hazırdır.

“Əgər İran razılaşmaya əməl etməsə və ya qeyri-konstruktiv davranış nümayiş etdirsə, lazım olan hər şeyi edəcəyəm”, – deyə o qeyd edib.

Trampın sözlərinə görə, ABŞ administrasiyası İranın nüvə proqramının hərbi məqsədlərə yönəlməsinin qarşısını almağı milli və beynəlxalq təhlükəsizlik baxımından prioritet hesab edir. O, bu məqsədə nail olmaq üçün əlavə tədbirlərin, o cümlədən hərbi variantların nəzərdən keçirilə biləcəyini istisna etməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər