Menyu

Harri Keyn Erlinq Holannın rekordunu qırıb

Əziz Əzizli
Harri Keyn Erlinq Holannın rekordunu qırıb

"Bavariya"nın ingilis hücumçusu Harri Keyn "Borussiya Dortmund"un Bundesliqadakı sabiq hücumçusu norveçli Erlinq Holannın rekordunu geridə qoyub.

"Operativ Media" "Opta"ya istinadən xəbər verir ki, Harri Keyn "qol+qol ötürməsi" sistemi ilə 35 oyunda 50 xal toplayıb.

Almaniya çempionatında bu rəqəmə çatmaq üçün Erlinq Holanna 44 matç lazım idi.

Almaniya çempionatının 3-cü turunda səfərdə “Holşteyn Kiel”i 6:1 hesabı ilə məğlub edən “Bavariya”da Keyn het-trik müəllifi olmaqla yanaşı, həm də 1 qol ötürməsi edib.

Harri Keynin transfer dəyəri 100 milyon avro qiymətləndirilir.

Teqlər:

"Harri Keyn Erlinq Holann\u0131n rekordunu q\u0131r\u0131b"

Əlaqəli Xəbərlər