Ana səhifə / İdman / Cəlal Hüseynov oynadı, "Arda" heç-heçə etdi Cəlal Hüseynov oynadı, "Arda" heç-heçə etdi 16.09.2024, 09:35 Əziz Əzizli Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb. "Operativ Media" xəbər verir ki, Kırcalı təmsilçisi səfərdə “Çerno More” ilə qarşılaşıb. Oyun bərabərliklə başa çatıb – 1:1. Cəlal bu görüşdə ikinci hissədə – 69-cu dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. “Arda” 8 oyundan sonra 11 xalla 7-ci sıradadır. “Çerno More” isə 15 xalla 4-cü pillədə yer alıb. Teqlər: "C\u0259lal H\u00fcseynov oynad\u0131 \"Arda\" he\u00e7-he\u00e7\u0259 etdi"