Azərbaycan PL: "Şamaxı" "Sumqayıt"ı, "Qarabağ" "Səbail"i qəbul edir
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki qarşılaşması keçiriləcək.
"Operativ Media" xəbər verir ki, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”la qarşılaşacaq. Matç saat 16:30-da start götürəcək.
Digər görüşdə son çempion “Qarabağ” “Səbail”i qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 6-cı tur
14 sentyabr (şənbə)
16:30.“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Şamaxı şəhər stadionu
19:00.“Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev
“Azersun Arena”
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net