Menyu

Azərbaycan yığması 3-cü turda da məğlub olmadı

Əziz Əzizli
Azərbaycan yığması 3-cü turda da məğlub olmadı

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb. 

"Operativ Media" xəbər verir ki, ölkəmizin kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib 3-1. Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb. 

Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda Ülviyyə Fətəliyeva məğlub olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər