Menyu

Mbappe "Real Madrid"dən qabaq İngiltərə klubuna keçə bilərdi

Əziz Əzizli
Mbappe "Real Madrid"dən qabaq İngiltərə klubuna keçə bilərdi

Kilyan Mbappe ilə bağlı maraqlı iddia ortaya atılıb.

"Operativ Media" Fransa mətbuatı "L'Equipe"ə istinadən xəbər verir ki, Mbappe 2022-ci ildə PSJ ilə yeni müqavilə imzaladıqdan qısa müddət sonra komandadan ayrılmaq istədiyini rəhbərliyə çatdırıb. Həmin vaxt PSJ-nin layihəsindən razı qalmayan və xəyanətə uğradığını düşünən fransalı ulduz başqa komandaya keçmək üçün hərəkətə keçib.

Xəbərdə "Liverpul"un Mbappe üçün PSJ-yə 200 milyon avro təklif etdiyi, lakin PSJ-nin bu təklifi rədd edərək 400 milyon avro istədiyi iddia edilib. Mbappenin həmin transfer pəncərəsində PSJ-nin Robert Levandovski və Bernardo Silvanı heyətinə qata bilməməsindən məyus olduğu da bildirilib. Fransız ulduzun bu prosesdə “Liverpul”la şifahi razılıq əldə etdiyi də qeyd edilib.

Mbappenin arzusunun hər zaman "Real Madrid" olduğu və "Liverpul" ilə qısa müddətli müqavilə imzalayaraq daha sonra İspaniya nəhənginə transfer variantına müsbət yanaşdığı da iddia edilib. Lakin bu transfer baş tutmadı və Mbappe 2023-cü ilin yayında PSJ-dən ayrılaraq "Real Madrid"lə müqavilə imzaladı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər