Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
Nərmin Qocamanlı
Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X"də bildirib.
Görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, Mərkəzi Bankın sektorun inkişafı ilə bağlı strateji planları, real sektorun maliyyəyə çıxış imkanlarının genişləşdirilməsi, eləcə də “yaşıl keçid”lə bağlı icra olunacaq təşəbbüslərə AYİB-in dəstək imkanları müzakirə edilib.
Görüşdə həmçinin Mərkəzi Bank və AYİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi apardıq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net