Lamiyə Vəliyeva: Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım
Əziz Əzizli
Tokiodakı nəticəmi təkrarladığımı görə çox sevinirəm.
"Operativ Media" xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında söyləyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Paralimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi", – o vurğulayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Teqlər:
"Lamiy\u0259 V\u0259liyeva: \u00c7ox sevinir\u0259m ki Tokiodak\u0131 n\u0259tic\u0259ni t\u0259krarlad\u0131m"