Menyu

Braziliyalı futbolçu 36 yaşında karyerasını bitirdi

Əziz Əzizli
Braziliyalı futbolçu 36 yaşında karyerasını bitirdi

Braziliyalı futbolçu Paulinyo 36 yaşında karyerasını bitirib.

"Operativ Media" xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.

Braziliyalı futbolçu paylaşdığı videoda “Təşəkkür edirəm futbol” başlığından istifadə edib.

Karyerasına Braziliyanın "GO Audax" komandasında başlayan Paulinyo daha sonra "Vilnüs", LKS, "Braqantino", "Koimbra" və "Korintians" komandalarında çıxış edib.

2013/14 mövsümündə İngiltərə Premyer Liqa komandası "Tottenhem"ə transfer olan braziliyalı futbolçu "Barselona", "GZ Evergrande" və "Əl-Əhli" klublarında da çıxış edib.

Paulinyo sonuncu dəfə “Korintians”da çıxış edib. Karyerası boyunca 609 matça çıxan Paulinyo 155 qol vurub, 56 məhsuldar ötürmə edib.

Teqlər:

"Braziliyal\u0131 futbol\u00e7u 36 ya\u015f\u0131nda karyeras\u0131n\u0131 bitirdi"

Əlaqəli Xəbərlər