Menyu

PSJ Luis Enrikeyə yeni müqavilə təklif edəcək

Əziz Əzizli
PSJ Luis Enrikeyə yeni müqavilə təklif edəcək

Fransa çempionu PSJ-nin rəhbərliyi komandanın baş məşqçisi Luis Enrikeyə yeni müqavilə təklif edəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

54 yaşlı ispan mütəxəssisin hazırkı müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Luis Enrike Paris klubunun hazırkı layihəsində əsas fiqurdur və transfer siyasətinə daxil edilib. İndi PSJ "Real Madrid"ə transfer olunan 25 yaşlı fransalı hücumçu Kilyan Mbappeyə bərabər əvəzedici axtarır.

Luis Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər