UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB
UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.
"Operativ Media" xəbər verir ki, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
22:01
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.
"Operativ Media" xəbər verir ki, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.