"Zirə"nin futbolçusunu millinin heyətindən kənarda qaldı
Əziz Əzizli
UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş İsveçlə oyun üçün heyətə cəlb olunan 24 futbolçudan 1-ni kənarda saxlamaq qərarına gəlib.
Belə ki, müdafiəçi Qismət Alıyev qarşılaşmanı tribunadan izləməli olacaq. “Zirə”nin 28 yaşlı oyunçusu “23-lüy”ə salınmayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç qarşılaşması saat 20:00-da başlayacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net