Menyu

Emin Mahmudov: "Bir günlə heç nəyi dəyişə bilmərik"

Əziz Əzizli
Emin Mahmudov: "Bir günlə heç nəyi dəyişə bilmərik"

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasının İsveçlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

"Operativ Media" 32 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, rəqibin yaxşı futbolçuları var. Bizim məqsədimiz var. Qalib gəlmək istəyirik.

- İsveç millisi revanş almaq istəyəcək. Motivasiyanız necədir?

- İsveçə qarşı son matç karyeramın ən yaxşı oyunlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.

- Fernandu Santuşla ilk dəfədir çalışırsız...

- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.

- "Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?

- Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm. Çalışmışam ki, hərəsinə ayrı-ayrı yanaşım. Milliyə gələndə heç nə düşünmürəm. Problemlər çox olur. Amma kənarda qoyub, millini düşünürəm.

- Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiz?

- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq. 

- Hansı futbolu oynayacaqsız?

- Bir günlə heç nəyi dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya yox, bunu zaman göstərəcək.

Teqlər:

"Emin Mahmudov: \"Bir g\u00fcnl\u0259 he\u00e7 n\u0259yi d\u0259yi\u015f\u0259 bilm\u0259rik\""

Əlaqəli Xəbərlər