Menyu

"Tottenhem" "Qarabağ"la oyunun bilet qiymətlərini açıqladı

Əziz Əzizli
"Tottenhem" "Qarabağ"la oyunun bilet qiymətlərini açıqladı

UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın ilk oyununa bilet qiymətləri bəlli olub. 

"Operativ Media" xəbər verir ki, "Tottenhem" İngiltərədə baş tutacaq matça giriş qiymətlərini rəsmi saytı vasitəsilə yayıb.

Qarşılaşmaya biletlər böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq.

Biletlər setyabrın 11-də, yerli vaxtla saat 14:00-dan etibarən satışda olacaq. 

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər