Menyu

AL: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Əziz Əzizli
AL: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

"Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Operativ Media" xəbər verir ki, “köhlən atlar” ilk oyununu “Ayaks”la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə “Tottenhem” (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda Lion “Olimpik”i (Fransa), dördüncü qarşılaşmasında səfərdə “Olimpiakos”la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə “Malmo” (İsveç) ilə, ardınca isə səfərdə “Bodo Qlimt” (Norveç) ilə görüşəcək.

Son qarşılaşmalar “Styaua” (Rumıniya) ilə Bakıda, “Elfsborq”la (İsveç) səfərdə gerçəkləşəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər