Ana səhifə / İdman / Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazandı Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazandı 29.08.2024, 22:22 Əziz Əzizli Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. "Operativ Media" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb. Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub. Paralimpiada sentyabrın 8-də başa çatacaq Teqlər: "Paris-2024: Az\u0259rbaycan parataekvondo\u00e7usu b\u00fcr\u00fcnc medal qazand\u0131"