Rəşad Sadıqov: "Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm”
Əziz Əzizli
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Kiprin “Omoniya” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
"Operativ Media" xəbər verir ki, mütəxəssis bu gün baş tutan mətbuat konfransında ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:
“İlk görüşdə böyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm”.
“Keçən il çempionatdakı 2-ci yer, həm də, builki pley-off düşünürəm hələlik karyeramın zirvə nöqtəsidir. Bu nəticələri əldə etməyimdə ən böyük pay sahibi futbolçularımdır.
“Qarabağ”la rəqibin (“Dinamo”, Zaqreb) şanslarını bərabər dəyərləndirirəm. Komandamız səfərdəki oyunu göstərə bilsə, hər şey istədiyi kimi olacaq. “Qarabağ”a uğurlar arzulayıram. Bilirəm ki, azarkeşlər də stadionu dolduracaqlar. İstər rəhbərlik, futbolçular, istərsə də azarkeşlər bir olub lazımlı nəticəni əldə edəcəklər”.
Avqustun 29-da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda rəqib 6 cavabsız qolla qalib gəlib
Teqlər:
"R\u0259\u015fad Sad\u0131qov: \"Komandamdan \u0259zmkar bax\u0131ml\u0131 futbol g\u00f6zl\u0259yir\u0259m\u201d"