Menyu

Fazil Mustafa "Qalatasaray"ın məğlubiyyətindən yazıb

Əziz Əzizli
Fazil Mustafa "Qalatasaray"ın məğlubiyyətindən yazıb

Deputatlığa namizəd Fazil Mustafa "Qalatasaray"ın Çempionlar Liqasının pley-offunda "Yanq Boyz"a məğlubiyyətindən yazıb.

"Operativ Media" xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.

"Mourinyo düz deyir. Belə komandalar ÇL-nə çıxıb nə edəcəklər? Komanda ağlı yox, fərdi ağıl yox. Məşqçi zəkası heç yox. Komandanın guya beyni sayılan Toreyranın 20 topundan 15-i rəqibə gedir. “Qarabağ” 3-0 uduza bilər, hətta növbəti oyunda yenə də uduza bilər, ancaq tökülməz, sistemi pozulmaz, tamaşaçının futbol zövqünü korlamaz. Bircə Luçeskonun vaxtında “Qalatasaray” bir sistem komandası olub. İkardi kimi mankenləri alıb futbolçu kimi sırıyırlar zavallı fanatlara. Muslera da özünü İstanbulun məhəllə uşağı kimi apardı. Televiziyada baxanları başa düşürəm, başqaları hələ bir stadiona da gedib vaxtlarını itirirlər. Söhbət udub-uduzmaqdan getmir, savadsız, sistemsiz oyundan gedir.

İnanın ki, “Qarabağ”-ın 3-0 məğlub olduğu oyundan mən zövq aldım. Cəsur, ürəkli, fəqət şanssız! Hələ ki, “Qarabağ” bu cür oynayır, Azərbaycanda Türkiyə komandalarının fanatı olmağı anlamaq çətindir. Əlbəttə qardaş ölkəmizin sadəcə təəssübkeşi kimi bu oyunları izləməyə sözüm yox!"

Qeyd edək ki, "Qarabağ" bu gün saat 20:45-də "Dinamo Zaqreb"ə qarşı cavab oyununa çıxacaq.

Teqlər:

"Fazil Mustafa \"Qalatasaray\"\u0131n m\u0259\u011flubiyy\u0259tind\u0259n yaz\u0131b"

Əlaqəli Xəbərlər