Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə həlledici oyuna çıxacaq.
Bu komandalar arasındakı ilk oyun Zaqrebdə baş tutub və çempionumuzun məğlubiyyəti ilə yekunlaşıb. Bu üzdən də Qurban Qurbanovun çalışdırdığı komanda ÇL-də əsas mərhələyə vəsiqə qazanmaq üçün rəqibini darmadağınla məğlub etməlidir.