Menyu

İngiltərə klubu Türkiyə millisinin üzvünü transfer etdi

Əziz Əzizli
İngiltərə klubu Türkiyə millisinin üzvünü transfer etdi

İngiltərənin “Brayton” klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-mavilər” “Fənərbaxça”dan Fərdi Kadıoğlunu heyətinə qatıb.

24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq. “Fənərbaxça” müdafiəçisinin satışından 30 milyon + 5 milyon avro bonus qazanacaq. Futbolçunun gələcəkdəki satışından da 10 faiz pay Türkiyə klubuna çatacaq.

“Fənərbağça”nın heyətində 6 mövsüm keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə kubokunu qazanıb

Teqlər:

"\u0130ngilt\u0259r\u0259 klubu T\u00fcrkiy\u0259 millisinin \u00fczv\u00fcn\u00fc transfer etdi"

Əlaqəli Xəbərlər