Emmanuel Addai: "İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim"
Əziz Əzizli
"Qarabağ”ın yeni transferi Emmanuel Addai komandaya keçidini dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, qanalı sağ vinger ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun təklifini qəbul etməsinin səbəbini açıqlayıb.
23 yaşlı oyunçu Azərbaycan çempionunun avrokuboklardakı çıxışından xəbərdar olduğunu söyləyib: “Qarabağ”ın təklifi ürəyimcə oldu. Çünki bu komanda illərdir ölkə çempionu olur və avrokubokların qrupunda müntəzəm çıxış edir. Əlbəttə ki, bu amillər seçimimdə həlledici rol oynadı. İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim. Komandanın daha uğurlu nəticələr qazanmasına töhfə verməyə çalışacağam”.
Qeyd edək ki, İspaniyanın “Alkorkon” klubundan transfer edilən Emmanuel Addai “Qarabağ”la 3 illik müqavilə imzalayıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net