Menyu

Dizel ilə işləyən avtomobillərə tələbat niyə azalıb?

Nərmin Qocamanlı
Dizel ilə işləyən avtomobillərə tələbat niyə azalıb?

Dizel yanacağı ilə işləyən avtomobillərə maraq nisbətən azalıb. Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin alış sayının əvvəlki aylara nisbətən azalmasına səbəb olub.

Məsələ ilə bağlı "Operativ Media"ya açıqlama verən nəqliyyat üzrə ekpert Aslan Əsədov bildirib ki, dizel ilə işləyən avtomobillərin ehtiyat hissələrinin çətin tapılması və usta tələbatının əlçatan olmaması marağın azalmasına səbəb olub:

"Digər avtomobillərin hissələri dizel yanacağı ilə işləyən maşınlara nisbətən daha əlçatandır. Buna görə də dizel ilə işləyən avtomobillərə tələbat azalıb. Eyni zamanda bu amillər dizel yanacağı ilə işləyən avtomobillərin qiymətinə təsir edir. Alıcı isə qiymətə görə bu avtomobili almaqdan imtina edir.

Hazırda daha çox bu avtomobillərdən yük və kənd təsərrüfatı sahəsində istifadə olunur.”

Nəqliyyat eksperti Eldəniz Cəfərov dizel yanacağı ilə işləyən avtomobillərin ölkəyə idxalının daha baha olduğunu bildirib:

"Dizel mühərrikli avtomobillərin ölkəyə idxalı, benzin mühərrikli avtomobillərin idxalından daha baha başa gəlir. Çünki iki il bundan əvvəl vergi məcəlləsində dəyişiklik edildi. Bu dəyişiklik dizel mühərrikli avtomobillərin qiymətinə təsir göstərdi.

Ölkə daxilində isə dizel yanacağının qiymətinin bahalaşması bu avtomobillərin qiymətinə təsir etməyib. Ölkə daxilində alqı-satqı, həmçinin ölkəyə idxal olunan nəqliyyat vasitələrinin statistikasına nəzər saldıqda görürük ki, ikinci sırada dizel mühərrikli avtomobillərdir”.

Teqlər:

"Dizel il\u0259 i\u015fl\u0259y\u0259n avtomobill\u0259r\u0259 t\u0259l\u0259bat niy\u0259 azal\u0131b?"

Əlaqəli Xəbərlər