Menyu

Nəsimi rayonunda 1 nəfər intihara cəhd edib

Əsəd Abbaslı
Nəsimi rayonunda 1 nəfər intihara cəhd edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"a verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"N\u0259simi rayonunda 1 n\u0259f\u0259r intihara c\u0259hd edib"

Əlaqəli Xəbərlər