Portuqaliya sahillərində 2,6 tondan çox kokain aşkarlanıb
Nicat Hüseynli
Hüquq-mühafizə orqanları Atlantik okeanında, Portuqaliya sahilləri yaxınlığında qara bazar dəyəri təxminən 500 milyon avro (570 milyon ABŞ dolları) olan 2,6 tondan çox kokain aşkarlayıblar.
Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın Sərhəd və Gömrük Polisi məlumat yayıb.
Bildirilib ki, kokain okean tipli ultra-sürətli sərt gövdəli şişmə qayıqda aşkar edilib.
Məlumata görə, qaçaqmalçılar bu tip qayıqlardan adətən Cənubi Amerikadan gələn iri gəmilər tərəfindən dənizə atılan qanunsuz yükləri götürmək üçün istifadə edirlər.
Əməliyyat zamanı qayıqda olan iki İspaniya vətəndaşı, bir Cəbəllütariq sakini və İtaliyada yaşayan bir Albaniya vətəndaşı olmaqla dörd nəfər həbs edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net