Səudiyyə Ərəbistanının HHM qüvvələri neft obyektlərini hədəf alan dronları zərərsizləşdirib
Nicat Hüseynli
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə (HHM) sistemləri İraq ərazisindən nəqliyyat və neft obyektlərinə doğru buraxılan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Operativ Mediaxəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki məlumat yayıb.
Nazirlik bildirir ki, son bir neçə saat ərzində HHM qüvvələri Əş-Şərqiyyə əyalətində və Ər-Riyadda neft obyektlərinə hücum etməyə cəhd göstərən bir neçə dronu məhv edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma