Menyu

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

Operativ Media
Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

Bakıda güləş üzrə U-17 dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yarışda iştirak edən milli komandaların üzvlərini və federasiya nümayəndələrini Bakıda görməkdən məmnunluğunu ifadə edib: "Ölkəmiz son illərdə nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı məkana çevrilib. Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyi (UWW) ilə sıx və səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlıq gələcəkdə də davam edəcək. Bizə göstərilən etimada görə UWW-yə və qurumun prezidenti Nenad Laloviçə təşəkkür edirəm. Azərbaycan ildən-ilə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bu gün start götürən dünya çempionatı da bunun bariz nümunəsidir.Azərbaycanın mühüm beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi artıq uğurlu ənənəyə çevrilib".

Mikayıl Cabbarov yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçinin medallar uğrunda mübarizə apardığını bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov 2026-cı il ərzində Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirildiyi xatırladıb: “Bu, ilin sonuna kimi davam edəcək. Dövlət tərəfindən idmana yüksək səviyyədə diqqət göstərilir. Bakı bu il üçün dünyanın idman paytaxtı seçildi. Bu adı bizə hədiyyə etməyiblər. Bu, dövlətimizin başçısının uğurlu idman siyasətinin nəticəsidir”.

Nazir güləş üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. İnanıram ki, yarış Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq. Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışın ölkə idmanının inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə edib: "Prezident İlham Əliyev həmişə Azərbaycanda güləş idman növünün inkişafını, geniş təbliğ olunmasını dəstəkləyib. Azərbaycan Güləş Federasiyasının fəaliyyəti dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilib. Olimpiya Oyunlarında qazanılan medalların əksəriyyəti bizim güləşçilərin payına düşür. Burada iştirak edən idmançılar bizim gələcəyimizdir. Onlar Olimpiya Oyunlarında da bizi layiqincə təmsil edəcəklər. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, burada güclülər qalib gələcək.Azərbaycan növbəti dəfə böyük idman tədbirinə ev sahibliyi edir. Bu yarışın ölkəmizdə keçirilməsi mühüm hadisədir. Çünki buradakı idmançılar bir neçə ildən sonra Olimpiya Oyunlarından iştirak edəcəklər".

Çingiz Hüseynzadə bildirib ki, dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç isə yarışla bağlı bunları deyib: "Gənc yaş kateqoriyasında mübarizə aparan idmançılara arzum budur ki, Azərbaycanın bu od-alovundan ilham alsınlar, ürəklərindəki, ruhlarındakı və ambisiyalarındakı alovu daim qoruyub saxlasınlar. Burada çıxış edən güləşçilər elə bir yaşdadırlar ki, 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Brisbendə onları yenidən görə bilərik. İnanırıq ki, orada bu gün göstərdiyiniz əzmə, zəhmətə və qazandığınız təcrübəyə görə mükafatlandırılacaqsınız".

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər