Menyu

Binə ticarət mərkəzində yanğın olub

Nərmin Qocamanlı
Binə ticarət mərkəzində yanğın olub

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yanğın olub.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Teqlər:

"Bin\u0259 ticar\u0259t m\u0259rk\u0259zind\u0259 yan\u011f\u0131n olub"

Əlaqəli Xəbərlər