Menyu

Valideynlərin nəzərinə: Sabahdan məktəbli formaları ucuzlaşır - RƏSMİ

Nərmin Qocamanlı
Valideynlərin nəzərinə: Sabahdan məktəbli formaları ucuzlaşır - RƏSMİ

Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq.

Bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.

O bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:

"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.

Teqlər:

"Valideynl\u0259rin n\u0259z\u0259rin\u0259: Sabahdan m\u0259kt\u0259bli formalar\u0131 ucuzla\u015f\u0131r - R\u018fSM\u0130"

Əlaqəli Xəbərlər