Menyu

Bakı-Gəncə istiqamətində yeni avtobuslar xidmətə başlayıb

Nərmin Qocamanlı
Bakı-Gəncə istiqamətində yeni avtobuslar xidmətə başlayıb

Bakı-Gəncə-Bakı şəhərlərarası marşrut xəttində tam yeni “Man” və “Temsa” markalı avtobuslar xidmətə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

"Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə AYNA bəyan edib.

Teqlər:

"Bak\u0131-G\u0259nc\u0259 istiqam\u0259tind\u0259 yeni avtobuslar xidm\u0259t\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər