Menyu

KL: "Zirə" biabırçı hesabla məğlub oldu

Əziz Əzizli
KL: "Zirə" biabırçı hesabla məğlub oldu

UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün mərhələnin ilk oyununa çıxıb.

Tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksələn Rəşad Sadıqovun komandası səfərdə Kiprin "Omoniya" klubu ilə qarşılaşıb. "Zirə" bu oyunda acınacaqlı məğlubiyyətlə üzləşib - 0:6.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 29-da Bakıda olacaq.

22 avqust

Konfrans Liqası, pley-offun ilk oyunu

21:00."Omoniya" (Kipr) - "Zirə" (Azərbaycan) - 6:0 

Qollar: Amin Xammas, 13, Villi Semedo, 34-pen. Mariuş Stepinski, 45+1, 54, Evandro, 60, Villi Semedo, 70 

Baş hakim: Yuri Frişer (Estoniya)

Nikosiya. GPS stadium

Teqlər:

"KL: \"Zir\u0259\" biab\u0131r\u00e7\u0131 hesabla m\u0259\u011flub oldu"

Əlaqəli Xəbərlər