Şirvanda 75 yaşlı kişini avtomobil vuraraq öldürüb
Əsəd Abbaslı
Yolu keçən Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərovu avtomobil vurub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"a bildirilib ki, bu gün axşam saatlarında Şirvan şəhər sakini Ə. Zeynalov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
Teqlər:
"\u015eirvanda 75 ya\u015fl\u0131 ki\u015fini avtomobil vuraraq \u00f6ld\u00fcr\u00fcb"