Menyu

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Əsəd Abbaslı
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

23.08.2024-cü il tarixdə saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Media"a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Sabah Bak\u0131n\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər