Menyu

Bakıda Boneyra adası ilə bağlı keçirilən konfransın yekunlarına dair bəyannamə qəbul edilib

Nərmin Qocamanlı
Bakıda Boneyra adası ilə bağlı keçirilən konfransın yekunlarına dair bəyannamə qəbul edilib

"Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

"Operativ Media"nın xəbərinə görə, sənəddə deyilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Boneyra dövləti və xalqının bütün fundamental hüquq və azadlıqları Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Boneyra ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Eyni zamanda bəyannaməni imzalayan tərəflər Boneyra da daxil olmaqla, Karib hövzəsində yerləşən müstəmləkə dövlətlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün tutarlı və təsirli tədbirlər görməlidir.

Əlavə edək ki, konfrans iştirakçısı olan bütün tərəflərin təsdiqlədiyi sənəddə Niderland hökuməti müstəmləkə ərazilərindəki vəziyyətin beynəlxalq monitorinqinin aparılmasına şərait yaratmağa çağırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər