Menyu

“Azərbaycan Dəmir Yolları” QSC-nin tibb müəssisələri Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyinə verilib

Nərmin Qocamanlı
“Azərbaycan Dəmir Yolları” QSC-nin tibb müəssisələri Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyinə verilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilib.

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.

Teqlər:

"\u201cAz\u0259rbaycan D\u0259mir Yollar\u0131\u201d QSC-nin tibb m\u00fc\u0259ssis\u0259l\u0259ri S\u0259hiyy\u0259 Nazirliyi v\u0259 T\u018fB\u0130B-in tabeliyin\u0259 verilib"

Əlaqəli Xəbərlər