Ana səhifə / Ölkə / Anar Məmmədlinin həbs müddəti daha 3 ay uzadılıb Anar Məmmədlinin həbs müddəti daha 3 ay uzadılıb 22.08.2024, 13:38 Nərmin Qocamanlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb. "Operativ Media" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, onun barəsində həbs qətimkan tədbriinin müddəti daha 3 ay uzadılıb. Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Teqlər: "Anar M\u0259mm\u0259dlinin h\u0259bs m\u00fcdd\u0259ti daha 3 ay uzad\u0131l\u0131b"
07.03.2026, 10:17 Türkiyə Prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığı aparıb