Menyu

"Qarabağ" - "Dinamo" matçının biletləri satışa çıxarıldı

Əziz Əzizli
"Qarabağ" - "Dinamo" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun biletləri satışa çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Dinamo\" mat\u00e7\u0131n\u0131n biletl\u0259ri sat\u0131\u015fa \u00e7\u0131xar\u0131ld\u0131"

Əlaqəli Xəbərlər