Avqustun 21-də Nizami rayonu C.Naxçıvanski küçəsində 1500 manat dəyərində moped oğurlanması barədə polisə məlumat daxil olub.
Daxilii İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş A.Əliyev mopedlə birgə saxlanılıb.
Araşdırmalarla A.Əliyev başqa bir şəxsə məxsus 1200 manat dəyərində daha bir moped oğurlaması da müəyyən olunub.