Menyu

Okan Buruk: "Ümid edirəm ki, 2-ci oyuna azərbaycanlı hakim təyin edəcəklər"

Əziz Əzizli
Okan Buruk: "Ümid edirəm ki, 2-ci oyuna azərbaycanlı hakim təyin edəcəklər"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin “Qalatasaray” klubu səfərdə İsveçrənin “Yanq Boyz” kollektivinə uduzub – 2:3.

"Operativ Media" xəbər verir ki, “cim-bom”un baş məşqçisi Okan Buruk matçın hakimliyindən narazı qalıb. O, UEFA-dan cavab qarşılaşmasına Azərbaycandan olan hakimlərin təyin edilməsini istəyib:

“Mən tribunadaydım, hakimin idarəçiliyi rahatsızlıq verirdi. Yersiz kartlar paylayırdı. Hətta kart yazması da təxminən bir dəqiqə çəkirdi. Almaniya kantonunun komandası ilə oynayırıq. İsveçrəyə alman hakim gəlir. Ümid edirəm ki, 2-ci oyuna azərbaycanlı hakim təyin edəcəklər. Vəziyyəti bərabərləşdirəcəyik”.

Teqlər:

"Okan Buruk: \"\u00dcmid edir\u0259m ki 2-ci oyuna az\u0259rbaycanl\u0131 hakim t\u0259yin ed\u0259c\u0259kl\u0259r\""

Əlaqəli Xəbərlər