"Araz-Naxçıvan" Şimali İrlandiya klubuna qalib gəldi
Əsəd Abbaslı
Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb.
"Operativ Media" xəbər verir ki, ilkin mərhələdə H qrupunda yer alan komanda “Sparta Belfast” (Şimali İrlandiya) ilə qarşılaşıb. İsveçin Uddevalla şəhərində oynanılan matçda təmsilçimiz 7:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti matçını sabah “Sillamae Silla”ya (Estoniya) qarşı keçirəcək. Vitali Borisovun kollektivi avqustun 24-də isə İsveç “Uddevalla”sı ilə üz-üzə gələcək.
Xatırladaq ki, ilkin mərhələdə yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.