Ötən gün 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 20-də ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə və 63 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.