Menyu

COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edib

Əsəd Abbaslı
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edib

COP29 Azərbaycan Əməliyyat Şirkəti bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı zamanı qlobal müstəvidə yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən "Operativ Media"a verilən məlumata görə, sədrliyin iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək məqsədinə uyğun olaraq bu veriliş qlobal auditoriya üçün gündəlik COP hadisələrinin geniş xülasəsini təqdim etməklə konfransla bağlı məlumatların əlçatanlığının təmin edilməsinə xidmət edir.

Veriliş COP29 konfransı boyu tədbirin məkanı olan Bakı Stadionunda yerləşən studiyadan yayımlanacaq. Verilişin yayımı televiziya şirkətləri, onlayn video-yayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. Veriliş təfərrüatlı müsahibələr, ekspert təhlilləri və konfransa dair digər geniş məlumatları əhatə edəcək.

Mürəkkəb texniki mövzuların qlobal auditoriya üçün əlçatan kontentə çevrilməsinə fokuslanacaq proqram sayəsində izləyicilər COP fəaliyyətlərini, burada iştirak edən müxtəlif rəsmiləri, həll yolları və aktual iqlim hekayələrini, eləcə də bir sıra digər gündəmdə olan məsələlərlə bağlı ən yeni məlumatları əldə edə biləcəklər. Veriliş izləyicilərə COP konfransına fərqli baxış bucağını təmin edəcək.

Teqlər:

"COP29 Az\u0259rbaycan \u018fm\u0259liyyat \u015eirk\u0259ti g\u00fcnd\u0259lik \u201cDaily Show\u201d verili\u015fini t\u0259qdim edib"

Əlaqəli Xəbərlər