Menyu

Polis əməkdaşları Füzuli rayonunda əməliyyatlar keçirib

Nərmin Qocamanlı
Polis əməkdaşları Füzuli rayonunda əməliyyatlar keçirib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Polis \u0259m\u0259kda\u015flar\u0131 F\u00fczuli rayonunda \u0259m\u0259liyyatlar ke\u00e7irib"

Əlaqəli Xəbərlər