AFFA prezidenti Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşdü
Əziz Əzizli
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf ilə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, görüşdə AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Teqlər:
"AFFA prezidenti G\u00fcrc\u00fcstan Futbol Federasiyas\u0131n\u0131n prezidenti il\u0259 g\u00f6r\u00fc\u015fd\u00fc"