Menyu

MİQ: Müsahibə mərhələsinin dördüncü günündə 824 nəfər iştirak edib

Əsəd Abbaslı
MİQ: Müsahibə mərhələsinin dördüncü günündə 824 nəfər iştirak edib

Avqustun 19-da müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsində ibtidai sinif, kimya, fiziki tərbiyə, ingilis dili, coğrafiya və tarix fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə 887 nəfər dəvət olunub. Onlardan 824 nəfəri müsahibə mərhələsində iştirak edib.

Bu barədə "Operativ Media"a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Teqlər:

"M\u0130Q: M\u00fcsahib\u0259 m\u0259rh\u0259l\u0259sinin d\u00f6rd\u00fcnc\u00fc g\u00fcn\u00fcnd\u0259 824 n\u0259f\u0259r i\u015ftirak edib"

Əlaqəli Xəbərlər