Menyu

ETSN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə çağırış edib

Nərmin Qocamanlı
ETSN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə çağırış edib

Avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Operativ Media"ya bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. 

"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır."

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.  

"Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada  yüksək yanğın təhlükəsi müəyyən edilib."

Teqlər:

"ETSN yan\u011f\u0131n t\u0259hl\u00fck\u0259sizliyi il\u0259 ba\u011fl\u0131 \u0259haliy\u0259 \u00e7a\u011f\u0131r\u0131\u015f edib"

Əlaqəli Xəbərlər