Həsən Nəzərov: "İndiki düşüncəm "Ankaragücü" klubunda əsas heyət oyunçusu olmaqdır"
Əziz Əzizli
"İndiki düşüncəm, çox çalışıb "Ankaragücü" klubunda əsas heyət oyunçusu olmaqdır".
Bunu "Operativ Media"ya açıqlamasında "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərov bildirib.
O, "Erzurumspor"la debüt matçından da danışıb.
"Mənim üçün çox vacib oyun idi. Məğlub olduq, amma, belə möhtəşəm azarkeşlərin qarşısında matça çıxmaq qürurvericidir. Xoşbəxtəm. Daha çox çalışmaq lazım olduğunu bilirəm. Hələ yolun başlanğıcındayam. Matçdan sonra baş məşqçi ilə oyunla bağlı söhbətimiz olmayıb".
Həsən hələki Azərbaycan Premyer Liqasında çıxış etməyi düşünmədiyini bildirib.
"Azərbaycandan hərhansı klubdan təklif gəlməyib. Hələki belə bir düşüncəm də yoxdur. Türkiyədə qalıb özümü inkişaf etdirmək istəyirəm".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net