Menyu

Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Nərmin Qocamanlı
Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"Az\u0259rbaycan FHN-in amfibiya t\u0259yyar\u0259si T\u00fcrkiy\u0259d\u0259 me\u015f\u0259 yan\u011f\u0131nlar\u0131 il\u0259 m\u00fcbariz\u0259 t\u0259dbirl\u0259rini davam etdirir"

Əlaqəli Xəbərlər