Menyu

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

21:00

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb.

"Operativ Media" xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.

Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.

Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.

Teqlər:

"Rusiya Prezidentinin Az\u0259rbaycana s\u0259f\u0259ri ba\u015flay\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər