17 yaşlı azərbaycanlı futbolçu Türkiyə klubunda debüt etdi
Əsəd Abbaslı
Türkiyə 1-ci liqasında mübarizə aparan "Ankaragücü" klubu 2-cı tur çərçivəsində növbəti matçına çıxıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi komanda səfərdə "Erzurumspor" klubunun qonağı olub. Ankara təmsilçisinin 1-0 hesabı ilə məğlub olduğu matçda 17 yaşlı azərbaycanlı Həsən Nəzərli debüt edib. O, matçın 84-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Həsən Nəzərli buna qədər "Ankaragücü" klubunun aşağı yaş qruplarında çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net