Menyu

Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək

Nərmin Qocamanlı
Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək

Bu ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək

"Operativ Media" xəbər verir ki, bunu TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman IX Xəzər Media Forumu çərçivəsində “Xəzəryanı ölkələrin informasiya agentlikləri nümayəndələrinin görüşü” sessiyasında çıxışı zamanı deyib.

Bu təklifi İRNA, AZƏRTAC və “Kazinform” agentliklərinin nümayəndələri dəstəkləyib.

“İndiyədək dövlətlərimizin informasiya agentlikləri ikitərəfli formatda əməkdaşlıq edirdisə, indi biz faktiki olaraq vahid informasiya məkanı formatını həyata keçiririk. Moskvada, təsis konfransında biz bütün təşkilati və hüquqi məsələləri həll edəcəyik”, - Mixail Qusman vurğulayıb.

Xəzər media platforması məsələsinə gəlincə, o qeyd edib ki, bu format Xəzəryanı dövlətlərin informasiya resursları üçün açıq olmalıdır.

Teqlər:

"Moskvada X\u0259z\u0259ryan\u0131 \u00f6lk\u0259l\u0259rin informasiya agentlikl\u0259ri alyans\u0131n\u0131n t\u0259sis konfrans\u0131 ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər